Sinqapurda koronavirusu bir neçə dəqiqə ərzində müəyyən edən test cihazının istifadəsinə icazə verilib.

Metbuat.az xəbər verir ki, aparat nəfəs analizi sistemi ilə koronavirusu müəyyən edir. Məlumata görə, aparat koronavirusa qarşı 93 faiz həssasdır. Cihaz 180 nəfər üzərində sınaqdan keçirilib və nəticələr uğurlu olub.

Qeyd edək ki, bu nəfəz analizi üsuluyla işləyən koronavirusun müəyyən edlməsinə dair ilk test aparatıdır.