Ceyhun Bayramov ATƏT-in sessiyasında iştirak etmək üçün Avstriyaya gedib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avstriyaya yola düşüb.

Bu barədə Metbuat.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

İşgüzar səfər çərçivəsində C.Bayramovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi ilə görüşü, ATƏT-in Daimi Şurasının xüsusi sessiyasında çıxışı, habelə Avstriyanın yüksək səviyyəli rəsmiləri, aparıcı beyin mərkəzlərinin rəhbərləri, Vyanada fəaliyyət göstərən digər beynəlxalq təşkilatların rəhbərləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR