Gürcüstanın paytaxtı Tbilisinin teleqülləsi və şəhər şurasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqandırılıb.

Metbuat.az xəbər verir ki, şəhərin əsas simvollarından biri 28 May - Azərbaycanın Respublika Günü münasibətilə göy, qırmızı və yaşıl rənglərdə işıq saçır.

Azərbaycan bayrağı işıqlarla Azadlıq meydanında yerləşən Tbilisi Şəhər Şurasının (sakrebulo) binası üzərində də əks etdirilib. / Report

Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb