Qaragöldən imtina etmək olmaz -

Artıq bir neçə həftəyə yaxındır ki, Azərbaycanla Ermənistan sərhədində, Zəngəzur ( Sünik ) bölgəsində, Qaragöl (Sevliç) ətrafında gərginlik yaşanır. Ermənistan Azərbaycan hərbçilərinin sərhədi pozduğunu, Azərbaycan isə torpaqları ''30 il işğal altında qaldıqdan sonra indi beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini'' bildirir.

Metbuat.az xəbər verir ki, Ermənistanın keçmiş Müdafiə Naziri Seyran Ohanyan baş verənlərlə bağlı açıqlama verib.

O deyib ki, Qaragölün 30% -i üçün döyüş əməliyyatlarına başlamırıq deyənlərin beyinlərinin yarısı qarla örtülüdü.

"Bu insanların əslində beyinləri elə 30 faiz işləmir. Düşmən əsgərlərimizi vurur, öldürür, əsir alır amma biz susuruq․ Bu qəbuledilməzdir. Bu gün icazə versələr, doğru kadr siyasəti həyata keçirilərsə, düşünürəm ki, orduya mane olmasalar, ordu problemlərini təkbaşına həll edə bilər. Qərar vermək də əslində bir neçə saatdır. Bir həftə əvəzinə 6 həftə keçdi, amma qərar verilmədi".

Ohanyan deyib ki, məğlub olan səlahiyyətlilər həmişə diktə altında olacaqlar.

"Birmənalı şəkildə danışıqlar prosesinə yeni səlahiyyətlilər təyin edilməlidir. Biz rəqibin ayağa qalxmağına şərait yaratmamalıyıq".




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR