Abovyan adına Vərəm dispanserinə aid meyitxananın döşəməsində plastik torbalarda yüzlərlə erməni əsgərin cəsədi aşkar edilib.

Metbuat.az ''Hrparak" a istinadən xəbər verir ki, ölmüş əsgərlərin valideynləri morqa girməyə çalışsalar da, polis orada əsgər cəsədi olmadığını əsas gətirərək girişi bağlayıb.

Azərbaycanlı hərbçilərin məhv etdiyi yüzlərlə erməninin cəsədi burada gizlədilir -

Valideynlərdən biri açıqlama zamanı bildirib ki, "İki həftə əvvəl başqa bir yerdə meyvələrin saxlandığı soyuducuda cəsədlərin saxlanıldığını öyrəndik. Ancaq valideynlər cəsədlərin meyvə soyuducularında saxlanıldığından xəbərdar deyildilər: Dərhal soyuducu açılıb cəsədlər təhvil verilməlidir".

Qeyd edək ki, hazırda Ermənistanda itkin düşənlərin valideynləri ''Heratski" küçəsini bağlayaraq mitinq edirlər.