Bəhreyn Kralı Azərbaycan Prezidentinə məktub göndərib

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Metbuat.az xəbər verir ki, təbrik mətnində deyilir:

"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri.

Dost ölkənizin milli bayramı-Respublika Günü münasibətilə Bəhreyn Krallığının Hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə səmimi təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Fürsətdən istifadə edərək Zati-alinizə ən səmimi və xoş arzularımı çatdırır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza isə müdrik rəhbərliyiniz altında davamlı tərəqqi və firavanlıq diləyirəm".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR