Bu gün Novxanıda İstiqlal bayramı keçirilib.

ANS PRESS-in məlumatına görə, tədbir Demokratik Qüvvələrin Milli Şurası tərəfindən keçirilib.

Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 97-ci ildönümü ilə əlaqədar Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə bayram mitinqi keçirib.

Mitinq yürüşlə başlayb. Yüzlərlə Milli Şura üzvü Novxanı kəndinin kənarından keçən magistral yoldan M.Ə.Rəsulzadənin heykəli olan parka yürüş edib.

Yürüş boyu Rəsulzadə və Cümhuriyyətlə bağlı şüarlar səsləndirib.