Toy günü RƏZALƏT YAŞANDI: Bəy əsəblərinə hakim ola bilmədi -

Türkiyənin Qaziantep şəhərində bəy və qohumları gözəllik salonun əməkdaşlarına hücum edərək, onlara xəsarət yetirib.

Metbuat.az xəbər verir ki, gəlinin bəzədilməsi ilə bağlı qiymətin baha olması bəyi qane etməyib. İddialara görə, saç ustası əvvəlcədən razılaşdığı qiymətdən 120 türk lirəsi daha artıq pul tələb edib. Bu isə bəyi qəzəbləndirib.

Bəy, gəlinlə salondan ayrılandan bir neçə dəqiqə sonra toy avtomobili ilə geri qayıdıb və salonun əməkdaşları olan qadınları döyüb. 5 nəfər xəsarət alıb. Asayiş keşikçilərinin müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub. Bəy və qohumları nəzarətə götürülsə də bir qədər sonra sərbəst buraxılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR