"Qəbələ" 9 futbolçusu ilə vidalaşdı

Qəbələ" 9 futbolçu ilə yollarını ayırdı.

Metbuat.az xəbər verirk i, “Qəbələ” doqquz futbolçu – Cavid Hüseynov, Merab Qiqauri, Nikolas Raysel, Ülvi İsgəndərov, Yusif Nəbiyev, Sadiq Quliyev, Roman Hüseynov, Faiq Hacıyev və Ceyms Adeniyi ilə yollarını ayırıb. Futbolçuların 2020/21 mövsümünün ardından başa çatan müqavilələrinin uzadılmamasına qərar verilib.

“Qəbələ” İdman Klubu Cavid Hüseynov, Merab Qiqauri, Nikolas Raysel, Ülvi İsgəndərov, Yusif Nəbiyev, Sadiq Quliyev, Roman Hüseynov, Faiq Hacıyev və Ceyms Adeniyiyə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara, vurulan qollara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edir, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayır.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR