Paşinyan:

“Əziz insanlar, çox sağ olun. Bütün bunları qəbul etmək mənim üçün çox çətindir. Bilirəm ki, hamınız bilirsiniz ki, bir saniyə deyil, bir dəqiqə də sizi unutmuram. ”

Metbuat.az xəbər verir ki, bu açıqlamanı Ermənistanın Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan seçki kampaniyası çərçivəsində Aygehovit sakinləri ilə görüşü zamanı söyləyib.

Yeri gəlmişkən, Aygehovit camaatı Paşinyanın ayaqları altına quzu kəsib, onu şəraba qonaq ediblər. Buna cavab olaraq Baş nazir səlahiyyətlərini icra edən Paşinyan deyib ki, bütün bu hörmət qəbul ediləndir.

"Nə baş verdiyini bilin, hər şey arzularımıza çatmaq üçün edilir. Bu atmosfer uğur qazanacağımızı göstərir. Sizə çox minnətdaram. Aygeovitin məşhur şərabını şərəfinizə içirəm" deyən Paşinyan bir anlıq xoşbəxtlikdən sərxoş olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR