Türkiyə Bakıda Uelsə qarşı -

Futbol üzrə Avropa çempionatının A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda üz-üzə gələcək Türkiyə və Uels yığmalarının start heyətləri açıqlanıb.

Metbuat.az xəbər verir ki, Türkiyə millisinin heyətində meydana Uğurcan Çakır, Umut Meraş, Çağlar Söyüncü, Kaan Ayhan, Zeki Çelik, Okan Yokuşlu, Uzan Tufan, Hakan Çalhanoğlu, Cengiz Ünder, Kenan Karaman və Burak Yılmaz (k) çıxacaqlar.

Uels yığmasının start heyətində isə Danni Uord, Ben Deyvis, Co Rodon, Kris Mefam, Konnor Roberts, Konnor Roberts, Co Allen, Co Morrel, Daniel Ceyms, Aaron Remsi, Qaret Beyl (k) və Kieffer Mur yer alıblar.

Bu gün saat 20:00-da başlayacaq qarşılaşmanı portuqaliyalı referi Artur Diaş idarə edəcək.

Qeyd edək ki, A qrupunun birinci oyununda Türkiyə millisi İtaliyaya 0:3 hesabı ilə uduzub. Uels isə İsveçrə ilə heç-heçə edib – 1:1.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR