Dünyada üç mindən artıq xalq və ya millətlər mövcuddur. Onlardan yalnız 10 faizinin öz müstəqil dövləti var. Azərbaycan da o xoşbəxt xalqlardandır ki, öz müstəqil dövləti, başının üzərində ucalan üçrəngli bayrağı var.
“Bayraqları bayraq yapan üstündəki qandır” əbəs deyilməyib, həqiqətən də Azərbaycan 1918-ci ildə müstəqilliyi qanla-qadalarla əldə etdi. Ramanovlar sülaləsinin süqutundan sonra imperiyanın dağılması Zaqafqaziya xalqlarına özlərini müstəqil dövlət elan etmələri üçün bir fürsət olsa da, o vaxtki siyasi gedişlər, cərəyan edən hadisələr müdriklik tələb edirdi.
Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov və digərləri bunu bacardılar. Erməni-bolşevik dəstələrinin ayrı-ayrı bölgələrdə nəzarət etdiyi, qırğınlar törətdiyi bir vaxtda, Milli Şura Tiflisdə özünü müstəqil elan etdi. Azərbaycan Demokratik Respublikası daha sonra mərkəzi Gəncəyə köçürdü, az sonra Bakı Komissarlığını məğlub edib tam olaraq cümhuriyyət qurdu.
23 illik hakimiyyət dövründə Azərbaycan Xalq Cümhuriyyəti az vaxtda qadın və kişilərə bərabərlik, seçim hüququ verdi. Milli manatı, himni, bayrağı, milli ordusunu, milli bankını yaratmaqla bərabər xarici dövlətlərlə dipomatik əlaqələr qurmağa, ölkəni müstəqil dövlət kimi tanıtmaq kimi işlərə nail oldu.
Parlamentli respublikanın həddən artıq demokratik olması, 5 dəfə hakimiyyət dəyişikliyi, xarici təhdidlər ADR-i silkələdi. “11-ci Qızıl Ordu”sunun guya tranzit kimi ölkəmizdən keçməsinə icazə verilməsi, planın isə əslində Bakının işğalı olması, hələ dayaqları tam bərkiməmiş ölkəni süquta uğratdı.
1920-ci il aprelin 28-də süqutdan 70 il sonra Azərbaycan xalqı özünüdərk şüurunu qaytardı, öz müqəddəratını təyinetmə hüququnu yenidən bərpa etdi.
1993-cü ilədək ölkədə xaos, parçalanma təhlükəsi, Qarabağ torpaqlarının itirilməsi, böhran vəziyyəti hökm sürürdü. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan yeni inkişaf dönəminə qədəm qoydu.
Müasir Azərbaycan dövləti bütün sahələrdə uğurlu inkişaf etmiş, regionda lider, dünyada böyük nüfuza malik qüdrətli bir dövlətdir.
Azərbaycan artıq 24 ildir ki, müstəqil bir ölkədir.