Xankəndində vəziyyət gərginləşdi: Etirazçılar Arayikin ofisinə hücum etdi -

Bu gün Dağlıq Qarabağdakı keçmiş qondarma rejimin tör-töküntülərindən olan Arayik Arutyunyana qarşı etiraz aksiyası keçirilib.

Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, Xankəndində baş tutan mitinqdə meydana toplanan etirazçılar Arutyunyanı "rəhbər"likdən özxoşuna uzaqlaşmağa çağırıb. Buna səbəb isə, Arayikin Ermənistandakı seçki günündə Nikol Paşinyanın qərargahında olması, onu dəstəkləyib təbrik etməsi göstərilib. Qondarma rejimin keçmiş rəhbərini xain adlandıran nümayişçilər qarışıqlıq da yaradıblar. Qəzəbli kütlə Arutyunyanın oturduğu ofisə hücum edib. Ermənistan mediasının yaydığı məlumata görə, Arutyunyana sabah saat 19:00-a kimi vaxt verilib.

"Qarabağdakı etirazçılardan biri bizimlə söhbətində deyib-insanlar çox qəzəblidirlər, biz çoxdandır ki, dözürdük. İndi səbir kasamız daşıb. Görünür sabah Xankəndində daha böyük nümayişlər baş tutacaq",-deyə məqalədə yazılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR