Rusiya "son qalası"nı əldən vermək istəmir:

"Ermənistan Baş naziri Nikol Paşinyan xalqdan aldığı "polad mandat" la dövlət strukturlarında Rusiya və "Qarabağ" kalnına yaxın şəxsləri idarəetmədən uzaqlaşdıracaq. Çünki, bu şəxslər hökumətin Azərbaycanla və Türkiyə ilə əlaqələrinin normallaşdırılmasını sabotaj ediblər və bundan sonra da edə bilərlər".

Metbuat.az-a bu açıqlamanı politoloq Məhəmməd Əsədullazadə bildirib. Siyasi şərhçi deyir ki, məhz sabiq xarici işlər naziri Ara Ayvazyan daima Azərbaycana qarşı revanşist açıqlamalar verib, hətta diversantların qaytarılmasını və xəritələrin verilməsinə mane olurdu.

Iran ikibasli siyaset heyata kecirir'' - Politoloq Məhəmməd Əsədullazadə

"Ara Ayvazyan Kremlin təlimatlarını yerinə yetirirdi. Onun vəzifədən alınmasından sonrakı ölkə arasında Rusiyasız vasitəçilik təmin edildi. Qeyd edim ki, seçkilərdə xarici diplomatlar R. Koçaryanın "Ermənistan " blokuna səs veriblər. Ona görə də xarici ölkələrdə səfirlərin geri çağırılması da baş tutcaq. Həmçinin orduda Qarabağ klanına bağlı hərbçilərin çıxarılması da baş tutacaq. Bununlada Nikol Paşinyan Rusiyanın ölkəsində bütün dayaqlarını zəiflədəcək. Proseslər Cənubi Qafqazda Rusiyanın son qalası olan Ermənistan onun orbitindən çıxmaq üzrə olacaqdır".

M.Əsədullazadə deyir ki, Rusiyanın son qalası Qarabağda separatçıların olması mümkündür. Azərbaycanda buna imkan verməməli və artıq 10 noyabr Birgə Bəyannaməsinin bəndlərinin yerinə yetirlməsini tələb etməlidir. Politoloq qeyd etdi ki, Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağın statusu məsələsinə toxunmur. Çünki, yaxşı bilir ki, onun bu məsələni qabartması, ölkəsinin blokadada qalmasına gətirib çıxaracaq.

"Buna baxmayaraq Ermənistan Təhlükəsizlik katibi A. Qriqoryan, Qarabağın statusunu hökumətin işində vacib olacağını qeyd etsə də, Nikol Paşinyanın buna gedəcəyi gözlənilmir. Ermənistan əhalisi Nikol Paşinyan ona görə səs verib ki, Qarabağ məsələsini qabartmasın və artıq Qarabağ Ermənistan əhalisi üçün vacib məsələ deyil. Vacib məsələ olsa idi, onlar Robert Koçaryana səs verərdilər. Həmçinin Nikol Paşinyana ona görə xalq səs verdi ki, ölkəni blokadadan çıxarsın, müharibənin əleyhinə olsun və Azərbaycanla əlaqələri normallaşdırsın.

"Regionda yeni nizam formalaşıb, ABŞ və Avropada Nikol Paşinyanın Qarabağ siyasətini qəbul etməz. Bu, Rusiyanın mövqelərinin güclənməsinə gətirib çıxara bilər. Ona görə də post-müharibə dövrü Ermənistan üçün şansdır. Azərbaycanda bundan sonra, Ermənistanla bağlı siyasətində, xüsusilə diversantları onda qaytaracaq ki, Yerevandan konkret olaraq sülh mesajları verilsin və addımlar atılsın. Azərbaycan diversantları qaytarmamalı və Nikol Paşinyanın atacağı addımlara adekvat cavab verməlidir".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR