x
Loading...
.

"iPhone 12 mini" smartfonunun istehsalı dayandırılıb

.

“Apple” şirkəti 5,4 düymlük kompakt “iPhone 12 mini” smartfonunu vaxtından əvvəl istehsaldan çıxarıb. Bu barədə “TrendForce” tədqiqat şirkətinin məlumatında deyilir. Qərar smartfonun seriyanın digər modelləri ilə müqayisədə mənfi satış nəticələri nümayiş etdirməsi ilə izah olunur.

Metbuat.az “ICTnews”a istinadən xəbər verir ki ki, “Apple” smartfonun anbarda qalmış ehtiyatlarını satacaq, lakin yeni modellər buraxmayacaq.

“iPhone 12” seriyası ötən ilin oktyabrında təqdim edilib. Daha kompakt ekran (Pro Max modelində 6,7 düymlə müqayisədə 5,4 düym) istisna olmaqla mini-versiya böyük modellərdən fərqlənmir.

İstehsalın dayandırılması ilə bağlı məlumatlara baxmayaraq “iPhone 12 mini” smartfonunu rəsmi “Apple” onlayn mağazasında çatdırılmada gecikmə olmadan sifariş etmək mümkündür. Altı rəngli (o cümlədən aprelin sonunda təqdim olunan bənövşəyi) smartfonun başlanğıc qiyməti 957 dollar təşkil edir.

“iPhone 13” seriyası sentyabrda nümayiş olunacaq. Ekspertlərin fikrincə, bu il “iPhone 13 mini” 5,4 düym diaqonallı sonuncu “iPhone” modeli olacaq. Kiçik diaqonallı modellərin buraxılışı isə 2022-ci ildə tam dayandırılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR