2019- ci ilin dekabr ayından başlayan COVİD-19 pandemiyası sürətlə yayılmağa davam edir.

Metbuat.az xəbər verir ki, bu günədək koronavirus qurbanlarının 3 900 119 nəfərə çatıb. Virusa yoluxanların sayı isə 180 370 780 nəfərdir.

Dünya üzrə koronavirusdan ən çox ölüm sayı ABŞ-da qeydə alınıb. ABŞ-da 617 875 insan pandemiyanın qurbanı olub. İkinci yerdə Braziliya (504 897 ölüm sayı), Hindistan (390 691), Meksika (231 505), Peru (190 906), Rusiya (130 895), Böyük Britaniya (128 008), İtaliya (127 322), Fransa (110 829) və Kolumbiya (101 302) dayanır.

Xatırladaq ki, bu virusa ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində rast gəlinib. Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.