x
Loading...

Ərdoğandan TARİXİ MESAJ: Göyçə də bizimdir, Zəngəzur da bizimdir, Xankəndi də...

“Beynəlxalq münasibətlərdə siyasi liderlər arasında deyilən hər söz bir mesajdır”.

Bu fikirləri Metbuat.az-a özəl müsahibəsində Türkiyənin Azərbaycandakı keçmiş hərbi ataşesi, general Yücel Karauz deyib. General bildirdi ki, artıq həmin mesaj ünvanına da çatmışdır.


“Bu məsələ ilə bağlı bir qədər geriyə gedib, 44 günlük Vətən müharibəsini taclandıran Zəfər paradında, Türkiyə prezidenti cənab Rəcəp Təyyib Ərdoğanın möhtəşəm açıqlamasından sitat gətirmək istəyirəm. Ərdoğan dedi ki, biz Qarabağdakı ermənilər ilə, Azərbaycan vətəndaşı olmaq şərti ilə, eyni zamanda sülhə və sabitliyə tərəqqi göstərmək naminə birgə yaşayış arzusundayıq. Biz heç bir dövlətin vətəndaşına qarşı təcavükar niyyətimiz məqsədimiz yoxdur. Amma əgər 10 Noyabr Bəyannaməsinin şərtlərinə əməl etməzlərsə, birgə yaşayış yerinə ayrı yaşamaq istəkləri olarsa, o zaman Göyçə də bizimdir, Zəngəzur da bizimdir, Xankəndi də. Yəni, Ərdoğanın bu fikirləri də mesaj xarakter daşıyır və artıq Ermənistan da qəbul edib ki, Qarabağ Azərbaycandır!”

Türkiyə prezidentinin Qarabağa səfəri zamanı, heç bir detalın təsadüf olmadığını bildirən Yücel Karauz qeyd etdi ki, Ərdoğana edilən hədiyyələr də xüsusi simvolik məna ifadə edirdi.

Başkan Erdoğan, Şuşa'da tarihi yerleri gezdi

Şuşaya səfəri zamanı, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən cənab Ərdoğana iki hədiyyə verildi. Birincisi Xarı bülbül idi. Bu bildiyiniz kimi, sülhün tərənnümçüsü kimi ifadə edilir. İkinci hədiyyə də at idi. At, türk mədəniyyətində dövlətçiliyin və muradın simvoludur. Xüsusilə Qarabağ atı həddiyyə edilməsi də çox önəmli bir nüans idi.

Qeyd edim ki, iki prezidentin arxa fonda dağların qoynunda, Xankəndinin görüntüsü qarşısında çəkdirdikləri foto da, mesaj anlamı daşıyırdı. Xankəndi Azərbaycan torpağıdır, Xocalı da həmçinin. Əgər sülhə və bağlanmış iki tərəfli müqaviləyə əməl edilərsə, ermənilər də azərbaycanlılar ilə birlikdə həmin torpaqlarda yaşaya biləcəklər. İki dövlət rəhbərinin Xankəndi ilə bağlı söhbəti, mesaj olmaqla bərabər artıq ünvanına da çatmışdır”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR