Şimali Koreya müzakirələrdən üz döndərdi

“Şimali Koreya ABŞ ilə nüvə məsələsini müzakirə etməyəcək”.

Metbuat.az xəbər verir ki, Şimali Koreyanın Xarici İşlər Nazirliyi belə məlumat yayıb. Açıqlamada bildirilir ki, ABŞ müzakirələrdən yayındığı üçün Pxenyan belə qərar qəbul edib. Açıqlamaya görə, müzakirələr bir yana Vaşinqton ümumiyyətlə təmas qurmaqdan yayınıb.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In hökumətə ABŞ-la müzakirələr aparmaq üçün hazır olmaları barədə göstəriş vermişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR