Paşinyanın QƏRB sevgisi, İrəvanın XƏYANƏTİ:

“Paşinyanın qarnını Qərb doyurduğu üçün, onun sahibi də elə Qərbdir”.

Bu sözləri Metbuat.az-a açıqlamasında general Yücel Karauz deyib. Paşinyanın seçkidən sonra, Qərbə xüsusi təşəkkürü və Qərbin Qarabağdakı maraqları ilə bağlı suala cavab verən general deyir ki, Rusiya ilə münasibətlərin sərin və məsafəli olması, Paşinyanı bu sevgiyə biganə qalmamağa vadar etdi.

“Nikolun, seçki öncəsi Fransaya, oradan da Brüselə getməsi bu sevgidən irəli gəlir. Bəs burada, Qərbin maraqları nədən ibarətdir?. Bildirmək istəyirəm ki, Qafqazda enerji ehtiyyatlarını idarə edə bilmək, Ermənistanın İrana olan maraqları və bu münasibətlərdən irəli gələrək Qərb, Ermənistan üzərindən, İranı idarə etmək istəyir. Həmçinin Qərb, Rusiyanı addım-addım təqib edərək, Qafqazdan çıxara bilmək siyasəti səbəbindən, Paşinyana dəstəkdir”.

Yücel Karauz bildirdi ki, Nikol da, onların bu istək və arzularını yerinə yetirməklə bərabər, həm də öz siyasətini yürüdür.

“Əslində qlobal güclər, zamanla istiqamətlərini dəyişdirirlər. Onlar yaxşı polis, pis polis rolunda iştirak edə bilirlər. Bəzən pis polis Rusiya olur, bəzən də Qərb. Həmçinin Qərb, Rusiya və İranı idarə edə bilmək, eyni zamanda Pekin xəttinə bir xəncər saplamaq üçün, Paşinyanı seçkilərdə dəstəkləyərək, bölgədə söz sahibi olmaq istəyir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR