İlon Maskın sərvəti 9,9 milyard dollar artıb.

Metbuat.az xəbər verir ki, Forbesin hesablamalarına görə, Maskın sərvəti Teslanın səhmlərinin bahalaşması səbəbindən yüksəlib.

Şirkətin səhmlərinin dəyəri 7,8 faiz yüksəlib. Beləlikə Maskın sərvəti 165,9 milyard dollara çatıb. Teslanın səhmlərinin bahalaşmasına səbəb kimi isə Ağ Evlə demokrat və respublikaçı senatorların bir qrupunun 1,2 trilyon dollarlıq infrastruktur paketi barədə razılığa gəlməsi göstərilir.

Qeyd edək ki, İlon Mask hələ də Forbesin Real-time milyarderləri siyahısında üçüncü pillədədir.