Erməni ekspert:

“Bakı həbsxanalarında saxlanılan erməni hərbi əsirlər (diversantlar – red.) azad edilmədiyi müddətcə Ermənistan və Azərbaycan arasında böyük sülh müqaviləsi haqqında danışmağa vaxt olmayacaq”.

Metbuat.az xəbər verir ki, bunu İstanbulda dərc olunan “Akos” qəzetinin erməni dilli səhifələrinin redaktoru, ekspert Baqrat Estukyan deyib.

“Biz sülh ətrafında danışıqlara hələ hazır deyilik”, - deyə o qeyd edib.

Estukyan bildirib ki, bunun üçün ilkin şərtlər təmin ediləndə o zaman danışılacaq.

“Bütün hərbi əsirləri qaytarsınlar, erməni tərəfi də minalanmış ərazilərin xəritələrini verəcək. Bütün humanitar məsələlər həll edilsin, ilkin şərtlər yaransın, sonra sülh haqqında danışmaq mümkün olacaq”, - deyə o vurğulayıb.(Ordu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR