“Suriyada kürdlərin nəzarəti altındakı düşərgələrdə 10 minə yaxın İŞİD silahlısı həbsdə saxlanılır”.
Metbuat.az xəbər verir ki, ABŞ-ın Dövlət katibi Entoni Blinken belə açıqlama verib. O bildirib ki, vəziyyət belə davam edə bilməz və ölkələr İŞİD-ə qoşulan vətəndaşlarını qəbul edərək onları öz ölkələrində mühakimə etməlidir.