“Apple” şirkəti yaxın gələcəkdə böyük ekranlı planşet buraxa bilər. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Metbuat.az xəbər verir ki, şirkət böyük ekrana – 14-16 düym diapazonuna malik “iPad” üzərində iş aparır. Mütəxəssisin fikrincə, böyük ekranlı planşetlərin 2022-ci ildə buraxılacağını gözləməyə dəyməz. Yaxın iki ildə ABŞ şirkəti 12,9 düym diaqonallı “iPad Pro” planşetlərini inkişaf etdirəcək. Yayın əvvəlində bloger Zak Nelson yeni “iPad Pro” planşetini test edərək “Apple” mühəndisləri tərəfindən qurğunun korpusunun möhkəmləndirilməsini aşkarlayıb. O vurğulayıb ki, əvvəllər ABŞ korporasiyasının istehsalı olan planşetlər əyilmə zamanı sınırdı.

Apple's 2022 iPad Models Could Get OLED Displays Supplied By Samsung - USA News Guru