Vladimir Menşov vəfat etdi

Məşhur rejissor, 82 yaşlı Vladimir Menşov koronavirusdan vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi yayıb.

Xatırladaq ki, 1970-76-cı illərdə fəaliyyətə başlayan rejissor "Mosfilm", "Lenfilm" kinostudiyalarında və Odessa kinostudiyasında müqavilə üzrə işləyib.

V.Menşov böyük filmdə aktyor olaraq 1972-ci ildə Aleksey Saxarovun "Öz yerində olan adam" dramında baş rolu ifa edərək debüt edib. Ümumilikdə o, kino və telefilmlərdə təxminən 120 rol ifa edib.

V.Menşovun rejissoru olduğu "Moskva göz yaşlarına inanmır" filmi bir çox beynəlxalq film festivallarında mükafatlar qazanıb, onun yaradıcıları SSRİ Dövlət Mükafatını alıb. 1981-ci ildə isə film ABŞ Kino Sənətləri və Elmləri Akademiyası tərəfindən "Oskar" mükafatına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR