“TikTok” istifadəçilərinə daha bir yenilik təqdim edir.
Metbuat.az xəbər verir ki, bundan sonra istifadəçilər bu platformada 3 dəqiqəyədək videolar yerləşdirə biləcəklər. Yenilik bir neçə həftə ərzində bütün istifadəçilərə təqdim olunacaq.
Qeyd edək ki, bundan öncə tiktok istifadəçiləri 1 dəqiqəyədək olan videolarını sosial şəbəkədə paylaşa bilirdi.