Koronavirusa görə əksər ölkələrlə əlaqələri kəsən Şimali Koreyada qida qıtlığı yaşanır.
Metbuat.az xəbər verir ki, peyvənd və tibbi ləvazimat qıtlığı ilə yaşayan Pxenyana Rusiya yardım əlini uzadıb. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Moskva Şimali Koreyaya peyvənd verməyə və tibbi yardıma hazırdır.