“Soyuq Bulaq” və “Sultan” şadlıq evlərində qanunsuz toy keçirildi

Bərdə rayonunda karantin qaydalarının pozulduğu restoranlar aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən 2 şadlıq sarayında pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

Yoxlamalar zamanı rayon ərazisində yerləşən “Soyuq Bulaq” şadlıq sarayında keçirilən toy mərasiminin “icazə.e-gov.az” protalında qeydiyyatdan keçmədiyi, “Sultan” şadlıq sarayında isə “COVID-19” pasportu olmayan şəxslərin məclisdə iştirakına şərait yaratdığı aşkarlanıb.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar restorana cavabdeh şəxslər barəsində qanuna müvafiq tədbirlər yerinə yetirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı