"Barselona" Joan Qamper kuboku çərçivəsində "Yuventus"la qarşılaşacaq.

Metbuat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Görüş avqustun 8-də "Nou Kamp" stadionunda keçiriləcək. Oyunu 19 min 869 tamaşaçı izləyə biləcək.

Qeyd edək ki, yarışda kişilərlə yanaşı, qadınlardan ibarət futbol komandaları da mübarizə aparacaq.