Ermənilər Paşinyanın cərimə olunmasını istəyirlər -

Bu gün Ermənistan Milli Məclisi yeni qanun qəbul edib. Qanuna görə hökumət nümayəndəsini, ictimai xadimi, jurnalistləri təhqir etmək və söymək cinayət əməlinə çevrilir və hətta 1-3 aylıq həbs cəzası nəzərdə tutulur.

Metbuat.az xəbər verir ki, erməni cəmiyyətində, qanunun ilk növbədə Nikol Paşinyana şamil edilməli olması ilə bağlı xəbərlər yayılmağa başlayıb.

Sosial şəbəkələrdə yayılan xəbərlərə əsasən, seçkiöncəsi dövr ərzində Ermənistan Respublikasının Baş naziri vəzifəsini icra edən şəxs əlindəki alətlə ona qarşı çıxanların problemlərini həll etmək üçün çəkicdən istifadə edəcəyi ilə hədələyərək kənddən kəndə gəzib.

“O kəndlilərə yeni cəmiyyət quracağını vəd edirdi. Ona görə də yeni qanun əvvəlcə söyüş, qisas və nifrət rəmzi olan Nikol Paşinyana şamil edilməlidir” deyə sosial şəbəkənin erməni seqmentində yayılan xəbərlərdə bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR