Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan sosial şəbəkədə paylaşımına görə qəzəbə səbəb olub.
Metbuat.az xəbər verir ki, Ermənistanın Baş Nazirinin həyat yoldaşı Anna Akopyan müharibədə ölən hərbçilərin məzarının fotosunu paylaşaraq "Sizə güclü, ədalətli, firavan vətən borcluyuq və bu borcu çox tez ödəməsək, əbədi olaraq lənətlənəcəyik. Sizi analarınız qədər sevirəm, analarınız kimi sizinlə fəxr edirəm, analarınız qədər darıxıram, analarınız qədər yanınıza gəlmək istəyirəm. Ancaq sizə borcluyuq, yalnız onu ödədikdən sonra görüşəcəyik ” deyə fikrlərini yazıb.
Məhz onun bu paylaşımından sonra sosial şəbəkənin erməni seqmenti onu “alçaq” adlandıraraq, guya güclü ordunun olduğunu amma əskərləri də bonus kimi xərcləməkdə ittiham ediblər.
Yazının altında edilən şərhlərdən bəzilərini təqdim edirik:
“Bunkerlərdə gizlənəndə heç ağrı hiss etmədinizmi?”.
“Ağrınız varsa, niyə müharibə əsnasında bir neçə qadınla əsgər-əsgər oynadınız, gəlin, yaşlı anaların yanında oturun, əllərindən tutun, o zaman səmimiyyətinizə inanacağam”.
"Təsvir edilə bilməyən, sonsuz bir alçaqlıq. Bu izaholunmazdır".
"Əlbəttə ki, söz yazmaq asandır, amma əslində indiki hakimiyyət özünü mükafatlandırmaq və parlamentin təhlükəsizliyini artırmaq barədə düşünür”.
"Böyük bir kütləni zombiləşdirmisinizsə, bu, hamımızın beyinsiz olduğumuz anlamına gəlmir, əməllərinizin həddi yoxdur, xanım Erato".
Qeyd edək ki, Paşinyanın arvadı bu ittihamlar qarşısında səhifəsini bağlayıb səssiz qalmağı üstün tutub.
Gülbəniz Hüseynli / Metbuat.az