Bu bölgələrdəki vakant müəllim yerlərinin sayı açıqlandı

“Müəllim sayından asılı olaraq yerlər vakansiyaya çıxarılır. Bakı, Sumqayıt, Abşeron üzrə 1 055 vakant yer müsabiqəyə çıxarılıb”.

Metbuat.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev canlı yayım zamanı sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, 13,3 min nəfər ingilis dili müəllimi var: “Onların da 11,6 mini 25-60 yaş aralığında olanlardır. Müəllimlərin böyük qismi gənc yaşlarında olanlardır. Bu il üçün ingilis dili müəllimliyinə 478 vakant yer çıxarılıb.

Riyaziyyat fənni üzrə isə 378 vakant yer təqdim olunub. Həmçinin bu il üçün ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili və riyaziyyat fənləri üzrə ümumilikdə 1 412 vakansiya var”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)