8 il öncə ölən sevgilisi ilə yenidən MESAJLAŞDI -

Kanadadan olan Coşua Barbo 8 il öncə vəfat edən sevgilisi ilə əlaqə qurmağın yolunu tapıb.

Metbuat.az Big.az-a istinadən xəbər verir ki, yazıçılıqla pul qazanan Barbo gənclikdə Cessika Kortni Pereyerlə sevgili olub,lakin iki il görüşdükdən sonra Kortni 23 yaşında vəfat edib.

8 il öncə ölən sevgilisiyə yenidən MESAJLAŞDI - Ağlagəlməz ÜSUL - FOTO

Uşaqlıqda ağır xəstəlik keçirən qıza qaraciyər transplantasiyası edilib.

Həkimlərin səylərinə baxmayaraq, zamanla orqan öz funksiyasını itirib və il yarım mübarizədən sonra Cessika dünyasını dəyişib.

Bu itkini qəbullana bilməyən Coşua ağır depressiya keçirib və sevgilisiylə yenidən ünsiyyətdə olmaq arzusuyla yaşayıb.

Bir gün o, "Project December" layihəsi haqqında eşidib. Bu texnologiya yazılı nitqi immitasiya etməyi bacarır. Barbo qeydiyyatdan keçib və Cessikanın sosial şəbəkədə qalan mesajlarını proqrama yerləşdirib.

8 il öncə ölən sevgilisiyə yenidən MESAJLAŞDI - Ağlagəlməz ÜSUL - FOTOHəmin mesajların əsasında qızın yazışmasını immitasiya edən botla Coşua bir neçə ay yazışıb. Lakin sevgilisini itirdikdən dərhal sonra olduğu hala düşdüyünü dərk edərək, bunu dayandırmaq qərarına gəlib.

"Mən səni həmişə sevəcəyəm. Səni öpüb qucaqlayıram" sözləri onun bota yazdığı son mesaj olub.

Proqramı hazırlayan şəxs "Project December" vasitəsi ilə kiminsə ölülərlə danışacağını düşünmədiyini etiraf edib:

"Mən artıq ehtiyat edirəm və hətta proqramın imkanlarından qorxduğumu da deyə bilərəm".

8 il öncə ölən sevgilisiyə yenidən MESAJLAŞDI - Ağlagəlməz ÜSUL - FOTO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR