"Real Madrid" "Əl-Nəsr"in futbolçusu Emerik Laportu transfer edə bilər.
Metbuat.az xəbər verir ki, müdafiəçi İspaniya vətəndaşlığına malik olduğu üçün "Real" onun transferinə önəm verir. Transfer reallaşsa o, "Real"ın heyətində əcnəbi futbolçu statusu daşımayacaq. Məlumata görə, futbolçu özü də Səudiyyə Ərəbistanını tərk etməkdə maraqlıdır. Onun klubu ilə hazırkı müqaviləsi 2026-cı ildə başa çatacaq.