"Real" öz meydanında darmadağın oldu - "El-Klasiko"

İspaniya La Liqasında XI turun mərkəzi görüşü keçirilib.

Metbuat.az xəbər verir ki, "Real Madrid" öz meydanında əzəli rəqibi “Barselona”nı qəbul edib. "Santyaqo Bernabeu”da oynanılan mövsümün ilk "El-Klasiko"su qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Barselona"nın heyətində qolları Robert Levandovski (2 qol), Lamin Yamal və Rafinya vurublar.

Bu nəticədən sonra xallarını 30-a çatdıran “Barselona” turnir cədvəlinə başçılıq edir. “Real Madrid” isə 24 xalla 2-ci pillədə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR