Hacı Əliyev finaldadır -

Güləşçimiz Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında finala vəsiqə qazanıb.

Metbuat.az xəbər verir ki, 65 kq çəkidə mübarizə aparan idmançımız 1/8 finalda seneqallı Adama Diatta ilə qarşılaşıb. O, bu görüşdə 4:0 hesablı qələbə qazanıb.

Hacı Əliyev (-65 kq) 1/4 finalda 3 qat Asiya çempionu Daulet Niyazbekov ilə olan qarşılaşmada 9:1 hesablı qələbə qazanaraq yarımfinala çıxıb.

Sonda isə Hacı Əliyev yarımfinalda hindistanlı Bacranq Bacranqla güləşib. İdmançımız Bacranq Bacranqanı 11:5 hesabı ilə məğlub edib.












Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR