“Qalatasaray” İsveç klubu ilə qarşılaşacaq - Avropa Liqası

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsində III turun ilk oyunları keçiriləcək.

Metbuat.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Türkiyənin “Qalatasaray” komandası İstanbulda İsveçin “Elfsborq” klubunu qəbul edəcək, digərində isə “Braqa” Portuqaliyada Norveçin “Budyo-Qlimt” komandasına qarşı oynayacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Qeyd edək ki, III turun digər matçları oktyabrın 24-də keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR