Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlər

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb.

Fonddan Metbuat.az-a verilən məlumata görə, AÇG yatağından son 7 ayda 2 903,2 mln. ABŞ dolları məbləğində gəlir əldə olunub. Bununla da bu yataq üzrə əldə olunan ümumi gəlirlər bu günədək 152,308 mln. ABŞ dolları təşkil edib.

Şahdəniz yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər 3,738 mln. ABŞ dolları təşkil edib.

Son 8 ayda Şahdəniz yatağından 70,978 mln. ABŞ dolları məbləğində gəlir əldə olunub. O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 7 ay müddətində 57,131 mln. ABŞ dollardır.

Xatırladaq ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) 2001-ci ildə, “Şahdəniz” yatağı isə 2007-ci ildən fəaliyyət göstərir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR