"WhatsApp"dan yeni funksiya:

"Whatsapp" "Bir dəfə bax" adlı yeni funksiyasını təqdim edib.

Metbuat.az xəbər verir ki, bu yeni xüsusiyyət ilə istifadəçilər bir-birinə yalnız bir dəfə açıla biləcək foto və videoları göndərə biləcəklər.

Qarşı tərəf şəkli açdıqdan sonra görüntünü telefonda saxlaya bilməyəcək çünki foto və video avtomatik silinəcəkdir. Əvvəllər "Snapchat" və "Instagram" kimi tətbiqlərdə mövcud olan bu xüsusiyyətdən istifadə etmək üçün fotoşəkillər göndərərkən "timer" işarəsini seçmək kifayət idi. Bu xüsusiyyətlə göndərilən şəkillər cihazlara yazılmasa da ekran görüntüləri çəkilə bilər, ancaq ekran görüntüsü çəkilsə belə "SnapChat"da olduğu kimi qarşı tərəfə bildiriş verilmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı