Mingəçevirdə gənc qız özünü Kürə atıb

Mingəçevir sakini özünü Kür çayına atıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Sahil parkı ərazisində baş verib. Şəhər sakini Gülnar Rüstəmova özünü nəqliyyat körpüsündən Kür çayına atıb. Qayıqçı Xəyal Ağayevin müdaxiləsi nəticəsində G. Rüstəmova xilas olunaraq sahilə çıxarılıb.

Qeyd edək ki, qız özünü çaya atan zaman dəmir məhəccərlərə çırpılaraq xəsarət alıb. Sudan çıxarılan qız həkim briqadasına təhvil verilib.

İntihar cəhdinin səbəbi məlum deyil. Faktla bağlı araşdırma başlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR