"Tesla Inc" 2022-ci ildə öz dizaynı olan insan tipli robot Tesla Bot modelinin hazırlandığını bildirib.

Metbuat.az xəbər verir ki, yeni məhsulların təqdimatı şirkətin qərargahının yerləşdiyi Kaliforniya ştatının Palo Alto şəhərində süni intellektə həsr olunmuş tədbirdə baş tutub.

Robot artıq şirkətin nəqliyyat vasitələrində istifadə olunan bəzi cihazlardan istifadə edəcək. Məsələn, onun görmə qabiliyyəti özünü idarə edən Tesla avtomobilləri üçün kameralarla təmin ediləcək. Şirkətin qurucusu Elon Mask, robotun gündəlik həyatda da faydalı olacağına əmin olduğunu bildirib.Belə ki robot mağazaya gedə, müxtəlif əşyalar gətirə və digər gündəlik əmrləri yerinə yetirə biləcək.

"İnsanların dostu olacaq yeni robot təhlükəli, monoton və darıxdırıcı işlərdən qurtulmağa kömək edəcək" deyə Mask bildirib.

Robotun boyunun 1,72 metr, çəkisinin 56 kq, maksimal sürətinin isə 8 km/saat olacağı bildirilib. Bundan sonrakı nəsil robotların isə daha çox insanabənzər olacağı qeyd edilib.