"Facebook" sosial şəbəkəsi istifadəçilərinə yeni xidmət təqdim edəcək.
Metbuat.az xəbər verir ki, hazırda aparılan sınaq nəticələrindən sonra istifadəçilər əsas tətbiq vasitəsi ilə video və səsli zənglər etmək imkanı əldə edəcəklər.
Bəzi istifadəçilər bu gündən etibarən bu funksiyadan istifadə edə biləcəklər.
Xatırladaq ki, hazırda istifadəçilər mobil telefonda yalnız “Messenger” tətbiqinin köməyi ilə mesaj göndərə bilirdilər. Yeni funksiya əsas tətbiq ilə “Messenger” arasında keçid ehtiyacını azaldacaq.