Samsunq şirkəti 512 qiqabayt RAM istehsal edib.
Metbuat.az xəbər verir ki, şirkət HotChips 33 tədbirində DDR5 RAM modulu buraxıb. 512 gigabaytlıq cihaz, 1.1 voltda saniyədə 7.2 gigabitə qədər məlumat işləmə sürətini idarə edə bilir. Samsunq-a görə, yeni format performans, sürət, tutum və güc baxımından dörd dəfə güclüdür.
Korporasiyanın mühəndisləri bildiriblər ki, DDR4 formatı ilə müqayisədə yeni yaddaş 40 faiz, sürət - 2,2 dəfə artım təmin edir.
Şirkət tərəfindən təqdim olunan məlumata əsasən yeni məhsul məlumat mərkəzləri üçün nəzərdə tutulmuşdur. Samsunq, əldə edilənlərlə kifayətlənməyəcəklərini və gələcəkdə bir terabayt tutumlu DDR5 yaddaş modullarını təqdim edəcəklərini də açıqlayıb.
Gülbəniz Hüseynli / Metbuat.az