Azərbaycan hərbçiləri dövlətlərarası Gorus-Qafan yolunu bağlayıblar.
Metbuat.az xəbər verir ki, bu barədə politoloq Zaur Məmmədov açıqlama verib.
"Dünən sərhəddin Qubadlı istiqamətindəki insidentdən sonra dərhal cavab tədbirləri görüldü. Azərbaycan sərhədçiləri sərhədin Gorus-Qafan hissəsinin 14 km-lik hissəsini bağladı. Bəzi erməni mənbələri 40 bəziləri isə 50 avtomobilin blokadada qaldığını bildirdi. Bundan sonra həmin Əraziyə çox sayda rus SM və erməni silahlıları gəlib. Azərbaycan tərəfi Rusiya tərəfinə ermənilərin sərhəddə təxribat törətməyə cəhd edərək əsgərimizi yaraladığını bildirib. Bundan sonra Rusiya tərəfi yolun açılmasına nə qədər cəhd etsə də danışıqlar nəticəsiz qalıb. Tərəflər hərbçi sayını azaldıb. Azərbaycan sərhədçisi yolu açmayıb, yol hələ də bağlıdır".