"Birinci məqsəd Ermənistanı gücləndirməkdir. Ümid edək ki, maraqlarımız yalnız Rusiya ilə üst -üstə düşəcək".
Metbuat.az xəbər verir ki, bu açıqlamanı Ermənistanın hərbi-siyasi analitiki Mher Akopyan armenpress-ə müsahibəsində bildirib. Onun sözlərinə görə, Ermənistanın məqsədi Rusiyadan silahları alaraq güclənib, Azərbaycana qarşı istifadə etməkdir.

"Çalışacayıq ki, Azərbaycan sürüşəndə o sürüşmədən istifadə edə bilək. Əlbəttə ki, yaxşı olardı ki, bütün ölkələr öz silahlarını istehsal etməyi bacarsınlar amma o qədər müxtəlif növ silah var ki, həqiqətən istehsal edə bilərik demək çətindir. Ancaq sual budur ki, ordu üçün ehtiyac duyduğumuz silahların neçə faizini əldə etmək mümkün olacaqdır. Bu məsələdə konkretləşdirməyə ehtiyac var"deyə Mher Akopyan bildirib.
Qeyd edək ki, Akopyanın belə dil-dil ötməyinə səbəb avqustun 11-də Moskvada Ermənistan Respublikasının müdafiə naziri Arşak Karapetyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu ilə görüş olub. Nazirin erməni həmkarını müdafiə naziri vəzifəsinə gəlməsi münasibətilə təbriki və görüşdə Karapetyana xəncər hədiyyə etməsi böyük rezonansa səbəb olmuşdur. Məhz bu hadisədən sonra Ermənistanın Rusiyadan silah tədarükü prosesi başlaması ilə bağlı xəbərlər yayılmağa başladı.