Paşinyan Azərbaycana ÇAĞIRIŞ ETDİ:

"Gorus-Qafan yolunun Azərbaycan tərəfindən yenidən açılması regional sabitliyin çox yaxşı simvolu ola bilər".

Metbuat.az hrparaka-a istinadla xəbər verir ki, bu açıqlamanı Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında elan edib. Paşinyan qeyd edib ki, bu yolun bağlanmasının onlar üçün gözlənilməz olmadı. Məhz bu səbəbdən indi yeni infrastrukturun inşası üzərində çalışırlar. Paşinyanın çıxışındakı ən maraqlı məqam Türkiyəyə baş əyəcəkləri ilə bağlı fikirlər olub.

"Bölgədə sülhün bərqərar olması mövzusuna qayıdaraq, deməliyəm ki, Türkiyədən bəzi müsbət ictimai siqnallar var, biz bu siqnalları qiymətləndirəcəyik" Paşinyan belə bildirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR