Hulusi Akar Azərbaycana təşəkkür etdi

“Əfqanıstandakı hərbçilərimizin təxliyyəsinə 25 avqustdan etibarən başlanılıb. 8 təyyarə və 2 helikopterlə heyət və sivillər 48 saatdan az müddətdə təxliyyə olunub”.

Metbuat.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. O, Əfqanıstandakı missiya zamanı göstərdikləri dəstəyə görə bir sıra dövlətlərə, o cümlədən Azərbaycana təşəkkür edib:

“Terror hücumlarını qınayırıq. Kabildəki işbirliyinə görə qəhrəman Azərbaycan əsgərlərinə, nazirlik və dövlət qurumlarına təşəkkür edirəm. Missiya müddətində dəstək olan əfqan qardaşlarımıza, ABŞ, İngiltərə, Almaniya və Tacikistana minnətdarlığımı bildirirəm”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR