Samuxda həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb.

Metbuat.az-a DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 31-də rayonun Ziyadlı kənd sakini 1991-ci il təvəllüdlü İsgəndər Alıxanov sinəsindən bıçaqlanıb. Ona bıçaqla xəsarət yetirən, rayon sakini 1988-ci il təvəllüdlü İlyas İsmayılov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.