Azərbaycan boksçuları MDB Oyunlarında mübarizəyə başlayır

Rusiyanın Kazan şəhərində keçiriləcək I MDB Oyunlarında boks yarışlarının püşkü atılıb.

Metbuat.az xəbər verir ki, püşkə əsasən yeniyetmələrdən ibarət Azərbaycan millisinin üzvlərinin də rəqibləri bəlli olub.

Qeyd edək ki, bu gün start götürəcək boks yarışları 4 gün davam edəcək. Oyunlarda bu gün 1/4 final (ilkin) qarşılaşmaları, növbəti 2 gündə yarımfinal döyüşləri təşkil olunacaq. Sentyabrın 5-də isə final görüşləri baş tutacaq.

Oğlanlar
1/4 final mərhələsi

46 kq. Ramal Yolçuyev – Temirxan Daniyarov (Qırğızıstan)
48 kq. Tağı Nəsibov – Vadim Veçerski (Belarus)
50 kq. İbrahim Zeynalov – Muinxon Mavlonov (Tacikistan)
54 kq. Məhəmmədəli Qasımzadə – Farrux Tulaqanov (Özbəkistan)
66 kq. Ziya Həsənov – Vladislav Kuznetsov (Belarus)

Qızlar
1/2 final mərhələsi

48 kq. Aysu İsmayılova – Anita Adişeva (Qazaxıstan)
57 kq. Qızbəs İsgəndər – Rano Muratbayeva (Özbəkistan)
63 kq. Emili Rzayeva – Kristina Qalkina (Rusiya)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR