ABŞ avtomobil təhlükəsizliyi tənzimləyiciləri müəyyən ediblər ki, Tesla avtomobillərinin iştirakı ilə artıq 12 qəza hadisəsi baş verib. Buna səbəb Teslanın Avtopilot sistemidir.
Metbuat.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat verib. Agentlik çərşənbə axşamı Teslaya araşdırma çərçivəsində cavab verməli olduğu çoxsaylı sualları olan 11 səhifədən ibarət ətraflı bir məktub göndərsə də, şirkət bu suallara cavab verməyib. Nəticədə Teslaya xəbərdarlıq edilib ki, onlar 115 milyon dollara qədər vətəndaş cərimələri ilə üzləşə bilərlər. Qeyd edək ki, Teslanın Avtopilot sistemi bəzi sürücülük işlərini idarə edə bilir və sürücülərə uzun müddət əllərini sükandan kənarda saxlamağa imkan verir.
Hazırda Tesla səhmlərinin vəziyyəti də ürəkaçan deyil. Belə ki, çərşənbə günü səhmlər 0,2 faiz ucuzlaşaraq 734,09 dollar olub.
Gülbəniz Hüseynli / Metbuat.az