"Apple" çərşənbə günü "App Store" qaydalarını daha da yumşaltmaq barədə qərar qəbul edib.
Metbuat.az xəbər verir ki, artıq "App Store"da "Netflix" kimi bəzi şirkətlərin müştəriləri, qeydiyyatdan keçə bilmək üçün veb saytlarına keçidlərə icazə veriləcəkdir.
Bundan başqa pulsuz xidmət səviyyəsi təqdim etməyən e-kitablar, video və musiqi kimi məzmun təmin edən, bunun əvəzində qeydiyyatdan keçərkən ödəniş tələb edən tətbiqlər üçün də qadağa ləğv edilib.
Məlumat üçün bildirək ki, dəyişiklik gələn ilin əvvəlində qüvvəyə minəcək və qlobal miqyasda tətbiq ediləcəkdir. Amma "Apple", hansı tətbiqlərin oxucu tətbiqləri olaraq uyğun olduğuna dair son sözünü saxlayacağını söyləyib. Buna görə də bəzi şirkətlər güzəştin kifayət etmədiyini bildiriblər.